2026-cı ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən banklar dövlət büdcəsinə 32,5 milyon manat mənfəət vergisi ödəyib.
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu 2025-ci ilin yanvarı ilə müqayisədə 8,8 milyon manat və ya 37% artıqdır.
Xatırladaq ki, həmin vaxt bankların ödədiyi mənfəət vergisi 23,7 milyon manat olmuşdu.
Ümumiyyətlə isə bu ilin yanvarında bankların ümumi gəlirləri 587,2 milyon manat olub. Bu 2025-ci ilin yanvarı ilə müqayisədə 44 milyon manat və ya 8% artıqdır.
Bu dövrdə bankların umumi mənfəəti 81 milyon manat olub. Bu 2025-ci ilin yanvarı ilə müqayisədə 10 milyon manat və ya 14% artıqdır.












