Azərbaycanda banklararası kreditlər cari ilin fevral ayında bahalaşmağa davam edib. Martın 1-nə manatla kreditlər üzrə orta faiz dərəcəsi illik 13,37%, xarici valyuta ilə kreditlərdə isə 9,5% təşkil edib.
Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına əsasən, manatla kreditlər aylıq müqayisədə 2,41 faiz bəndi, xarici valyutada isə 0,49 faiz bəndi bahalaşıb. Ən bahalı 30-90 günlük kreditlər olub. Manatla kreditlər üzrə orta faiz dərəcəsi illik 20,62%, xarici valyutada isə 17,18% təşkil edib.