Bu ilin yanvarın 1-nə Azərbaycanda regionlar üzrə xarici valyutada cəlb olunmuş əmanətlər 4,9 milyard manat təşkil edib.
FED.az barədə Mərkəzi Banka istinadən xəbər verir.
Əmanətər üzrə orta faiz dərəcəsi 1,79% olub. Bunun da orta faiz dərəcəsi 0,02% olmaqla 1,9 milyard manatı tələbli, orta faiz dərəcəsi 2,90% olmaqla 3 milyard manatı isə müddətli əmanətlərin payına düşüb.
Məlumata əsasən, ölkə üzrə xarici valyutada cəlb olunmuş əmanətlərin ən çoxu - 4,7 milyard manatı Bakı iqtisadi rayonunun payına düşüb ki, əmanətlər üzrə orta faiz dərəcəsi 1,79%-ə bərabər olub.
Dövr ərzində regionlar arasında bankda manatla əmanəti olanların siyahısında Abşeron-Xızı iqtisadi rayonu ikincidir. Burada yaşayan əhalinin banklarda 1,69% dərəcə ilə 91,7 milyon manat pulu var.
Siyahıda üçüncü yerdə isə 25,9 milyon manat əmanət cəlbi ilə Gəncə-Daşkəsən iqtisadi rayonu qərarlaşıb. Burada orta faiz dərəcəsi 2,10% təşkil edib.
Ən az əmanət (16 min manat) isə Şərqi Zəngəzur iqtisadi rayonunun payına düşüb. İqtisadi rayon üzrə əmanətlərin orta faiz dərəcəsi 3,43% olub. Bu da digər iqtsadi rayonlar içində ən yüksək göstəricidir.
Daha ətraflı aşağıdakı cədəvldə:
|
XARİCİ VALYUTADA CƏLB OLUNMUŞ ƏMANƏTLƏR |
|||||
cəmi
|
tələbli əmanətlər
|
müddətli əmanətlər
|
||||
məbləğ |
orta % dərəcəsi |
məbləğ |
orta % dərəcəsi |
məbləğ |
orta % dərəcəsi |
|
Azərbaycan Respublikası |
4,931,902 |
1.79% |
1,909,103 |
0.02% |
3,022,799 |
2.90% |
Bakı iqtisadi rayonu |
4,739,491 |
1.79% |
1,826,289 |
0.02% |
2,913,202 |
2.90% |
Abşeron-Xızı iqtisadi rayonu |
91,679 |
1.69% |
40,612 |
0.00% |
51,067 |
3.03% |
Gəncə-Daşkəsən iqtisadi rayonu |
25,930 |
2.10% |
7,621 |
0.00% |
18,310 |
2.97% |
Şəki-Zaqatala iqtisadi rayonu |
15,803 |
1.60% |
7,494 |
0.00% |
8,309 |
3.05% |
Quba-Xaçmaz iqtisadi rayonu |
11,502 |
1.60% |
5,454 |
0.00% |
6,048 |
3.05% |
Qazax-Tovuz iqtisadi rayonu |
8,711 |
2.22% |
2,876 |
0.00% |
5,835 |
3.31% |
Lənkəran-Astara iqtisadi rayonu |
7,823 |
1.32% |
4,345 |
0.00% |
3,478 |
2.98% |
Şirvan-Salyan iqtisadi rayonu |
4,984 |
1.80% |
2,337 |
0.00% |
2,646 |
3.39% |
Qarabağ iqtisadi rayonu |
4,470 |
1.88% |
1,952 |
0.00% |
2,518 |
3.34% |
Dağlıq Şirvan iqtisadi rayonu |
3,446 |
1.75% |
1,300 |
0.00% |
2,145 |
2.80% |
Naxçıvan iqtisadi rayonu |
3,301 |
1.52% |
1,860 |
0.00% |
1,440 |
3.48% |
Mil-Muğan iqtisadi rayonu |
2,484 |
1.85% |
1,024 |
0.00% |
1,461 |
3.14% |
Şərqi Zəngəzur iqtisadi rayonu |
16 |
3.43% |
2 |
0.00% |
14 |
4.00% |