Yaxın bir ildə Azərbaycandakı banklar və şirkətlər xarici təşkilatların reytinqləri ilə yanaşı, milli reytinq də alacaqlar. FED.az xəbər verir ki, bunu Bakıda keçirilən “Azərbaycanda kapital bazarı infrastrukturunun təkmilləşdirilməsi – inkişaf perspektivləri” mövzusunda tədbirdə İqtisadi İslahatların Təhlili və Komunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı bildirib.
Eləcə də bax: "25 min nəfər gəlib pulunu götürməyib" – PALATADAN AÇIQLAMA
V.Qasımlı bildirib ki, dövlət başçısının təsdiqlədiyi Strateji Yol Xəritəsində olan tapşırıqlardan biri də Milli Kredit Agentliyinin yaradılmasıdır: «Hazırda Azərbaycan şirkətləri, bankları kredit reytinqi almaq üçün beynəlxalq miqyasda kredit agnetliklərinə müraciət edirlər. Hansı ki, bəzi milli şirkətlərimiz üçün bu imkanlar yoxdur. Amma Milli Kredit Agnetliyi 2020-ci ilədək formalaşdırılmalıdır»-deyə V.Qasımlı bildirib.
Onun sözlərinə görə, Milli Kredit Agnetliyi formalşanda yerli şirkətlərin böyük əksəriyyətinin reytinq almaq imkanı olacaq.
«Kredit reytinqləri müəyyənləşəndə, istər istiqrazlar üçün, istərsə də, digər maliyyə alətlərinin kapital bazarında dövriyyəsi üçün daha yaxşı imkanlar yaranacaq» - deyə Vüsal Qasımlı bildirib.