Bu ilin fevralın 1-nə Azərbaycanda regionlar üzrə cəlb olunmuş əmanətlər 14,7 milyard manat təşkil edib.
FED.az barədə Mərkəzi Banka istinadən xəbər verir.
Əmanətlər üzrə orta faiz dərəcəsi 4,50% olub.
Məlumata əsasən, ölkə üzrə cəlb olunmuş əmanətlərin ən çoxu - 13 milyard manatı Bakı iqtisadi rayonunun payına düşüb ki, əmanətlər üzrə orta faiz dərəcəsi 4,36%-ə bərabər olub.
Dövr ərzində regionlar arasında bankda əmanəti olanların siyahısında Abşeron-Xızı iqtisadi rayonu ikincidir. Burada yaşayan əhalinin banklarda 6,29% dərəcə ilə 520,8 milyon manat pulu var.
Siyahıda üçüncü yerdə isə 235,2 milyon manat əmanət cəlbi ilə Gəncə-Daşkəsən iqtisadi rayonu qərarlaşıb. Burada orta faiz dərəcəsi 6,15% təşkil edib.
Ən az əmanət (507 min manat) isə Şərqi Zəngəzur iqtisadi rayonunun payına düşüb. İqtisadi rayon üzrə orta faiz dərəcəsi (2,70%) olub.