Bu ilin yanvarın 1-nə Azərbaycanda regionlar üzrə cəlb olunmuş əmanətlər 14,7 milyard manat təşkil edib.
FED.az barədə Mərkəzi Banka istinadən xəbər verir.
Əmanətlər üzrə orta faiz dərəcəsi 4,37% olub.
Məlumata əsasən, ölkə üzrə cəlb olunmuş əmanətlərin ən çoxu - 12,9 milyard manatı Bakı iqtisadi rayonunun payına düşüb ki, əmanətlər üzrə orta faiz dərəcəsi 4,23%-ə bərabər olub.
Dövr ərzində regionlar arasında bankda əmanəti olanların siyahısında Abşeron-Xızı iqtisadi rayonu ikincidir. Burada yaşayan əhalinin banklarda 6,06% dərəcə ilə 525,9 milyon manat pulu var.
Siyahıda üçüncü yerdə isə 230,4 milyon manat əmanət cəlbi ilə Gəncə-Daşkəsən iqtisadi rayonu qərarlaşıb. Burada orta faiz dərəcəsi 6,15% təşkil edib.
Ən az əmanət (433 min manat) isə Şərqi Zəngəzur iqtisadi rayonunun payına düşüb.
| Regionların adı | Cəmi | orta % | |
| Azərbaycan Respublikası | 14,661,949 | 4.37% | |
| Bakı iqtisadi rayonu | 12,954,353 | 4.23% | |
| Abşeron-Xızı iqtisadi rayonu | 525,908 | 6.06% | |
| Gəncə-Daşkəsən iqtisadi rayonu | 230,386 | 6.15% | |
| Quba-Xaçmaz iqtisadi rayonu | 139,250 | 5.41% | |
| Lənkəran-Astara iqtisadi rayonu | 126,429 | 5.43% | |
| Şəki-Zaqatala iqtisadi rayonu | 123,185 | 4.56% | |
| Qazax-Tovuz iqtisadi rayonu | 112,373 | 5.73% | |
| Qarabağ iqtisadi rayonu | 88,230 | 4.94% | |
| Naxçıvan iqtisadi rayonu | 70,965 | 3.96% | |
| Şirvan-Salyan iqtisadi rayonu | 68,536 | 4.34% | |
| Mil-Muğan iqtisadi rayonu | 49,990 | 3.47% | |
| Dağlıq Şirvan iqtisadi rayonu | 44,555 | 5.07% | |
| Şərqi Zəngəzur iqtisadi rayonu | 433 | 2.37% | 




 
                            
                            
                        

 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








