Bu gün Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi banklar üçün hazırladığı yeni qiymətləndirmə sisteminin təqdimatını keçirir.
FED.az xəbər verir ki, sistem Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Avropa İttifaqının (Aİ) dəstəyi, Frankfurt Maliyyə və İdarəetmə Məktəbinin iştirakı ilə hazırlanıb.
Eləcə də bax: Bank sistemində rəqəmsallaşma ilə bağlı - TƏDBİR KEÇİRİLƏCƏK
O, aqrar sahədə risklərin daha yaxşı qiymətləndirilməsinə və kredit müraciətlərinə daha sürətlə baxılmasına imkan verəcək.
Kənd təsərrüfatı kreditlərin qiymətləndirilməsi sistemi olan AzALES adlanır və sistemin qiymətləndirmə metodologiyası hərtərəfli risk qiymətləndirmə modeli və kredit hesablamalarını özündə birləşdirməklə fermerin kredit risklərini müəyyənləşdirir və ödəniş qabiliyyəti məhdud olan fermerlərin kredit müraciətlərini qəbul etmir. AzALES fermerin dövriyyə kapitalına olan tələbi və xalis gəlirinə əsaslanaraq fermerlərin ödəmə qabiliyyətinə və həqiqi ehtiyacına uyğun kredit limiti təklif edir. Təklif olunan kredit limiti sistemə inteqrasiya olunmuş aqrar məlumat bazası və fermer tərəfindən cavablandırılan keyfiyyət və məhsuldarlıqla bağlı suallara əsasən hesablanır. Sistemə inteqrasiya edilmiş məlumat bazası fermerlərlə birbaşa sorğu və bazar hərəkətliyinə əsasən an azı ildə bir dəfə yenilənəcək. Sistem fermer üçün müvafiq kredit ödəniş müddəti tövsiyə edir. AzALES sistemindən istifadə etməklə kredit təşkilatları AKİ A-nın güzəştli kreditləri ilə bərabər öz fondlarından da kredit verə biləcəklər. Sistem ölkənin bütün kredit təşkilatlarına, lizinq şirkətlərinə açıq olacaq.