Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi banklara yeni kredit qiymətləndirmə sistemi təklif edəcək.
FED.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Eləcə də bax: Abşerondan kənara çıxmayan bankın - PROBLEMLİ KREDİTLƏRİ MƏLUM OLDU
Məlumata görə, sistem Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Avropa İttifaqının (Aİ) dəstəyi, Frankfurt Maliyyə və İdarəetmə Məktəbinin iştirakı ilə hazırlanıb. Sistem aqrar sahədə risklərin daha yaxşı qiymətləndirilməsinə və kredit müraciətlərinə daha sürətlə baxılmasına imkan verəcək.
Eləcə də bax: “Dəmir Bank”ın sabiq direktoruna - BANKDA VƏZİFƏ VERİLİB
Sentyabrın 5-də Bakı Biznes Mərkəzində beynəlxalq təşkilatların, nazirliklərin, kredit təşkilatlarının və fermer nümayəndələrinin iştirakı ilə yeni sistem təqdim olunacaq.