2023-cü ilin sentyabr ayı ərzində Azərbaycanda fəaliyyət göstərən banklar 302.9 milyon manat faiz gəliri əldə ediblər.
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 25.8% və ya 62.1 milyon manat çoxdur. 2022-ci ilin sentyabr ayında banklar 240.8 milyon manat faiz gəliri əldə ediblər.
Qeyd edək ki, hesabat dövründə bankların əməliyyat mənfəətləri 163.3 milyon manat, xalis mənfəətləri isə 108.7 milyon manat təşkil edib. (Apa)