2023-cü ilin iyul ayı ərzində Azərbaycanda fəaliyyət göstərən banklar 307.5 milyon manat faiz gəliri əldə ediblər.
Banklar 2-ci rübü belə başa vururlar - MƏNFƏƏT VƏ ZƏRƏR, MƏBLƏĞLƏR - SİYAHI (2023) - YENİLƏNİB
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 35.6% və ya 80.7 milyon manat çoxdur.
Qeyd edək ki, hesabat dövründə bankların əməliyyat mənfəətləri 159.1 milyon manat, xalis mənfəətləri isə 92 milyon manat təşkil edib. (Apa)