Azərbaycan bankları hökumətin həyata keçirdiyi özünüməşğulluq tədbirlərinə cəlb ediləcəklər.
Eləcə də bax: Azərbaycanda 22 min işsizin biznes qurmasına - 100 MİLYON DOLLAR AYRILDI
FED.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azəbaycan Banklar Assosiasiyası bununla bağlı memorandum imzalayıblar.
Müqavilədə məqsəd həssas əhali qruplarının özünə məşğulluğuna dəstək vermək, mikro, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaqdır.
Sənədə əsasən sosial müdafiəyə xüsusi ehtiyacı olan işsiz şəxslərin, o cümlədən əlillərin, aztəminatlı ailələrin, məcburi köçkünlərin iqtisadiyyatın müxtəli sahələri üzrə məşğulluğuna dəstək vermək üçün natura şəklində, material, avadanlıq və digər əmlakların 2 il müddətində əvəzsiz olaraq bu şəxsərin istifadəsinə verilməsi nəzərdə tutulub.
Ölkə bankları bu poosesə könüllülük əsasında qoşulacaqlar və proqramı əvəzsiz olaraq maliyyələşdirəcəklər.
Sənədə əsasən proqram iştirakçılarının (yəni işsizlərin) müxtəlif bank maliyyə alətlərinə çıxışı da dəstəklənəcək.