Azərbaycan Beynəlxalq Bankı
Azərbaycan Beynəlxalq Bankının Visa kartları ilə alış-veriş edin, sərfəli təkliflərdən faydalanın.
- Wolt-dan 20 AZN və daha artıq sifarişlərdə 20% kəşbək.
- Trendyol-dan 600 TL və yuxarı məbləğdə alış-verişdə 60 TL endirim.
- Mover.az-dan pulsuz çatdırılma.
Kampaniyanın bitmə tarixi: 31.12.2020
Accessbank
“AccessBank” Nağd kredit kampaniyasına start verib. İlin sonunadək qüvvədə olan kampaniya çərçivəsində müştərilər əmək haqlarının 10 mislinədək kredit əldə edə bilirlər. Kampaniyanın özəllikləri: Kreditin maksimal məbləği: 30.000 AZN, Kreditin müddəti: 36 ayadək, Kreditin sığorta haqqı – 0%, Komissiya haqqı – 0%
Bundan başqa, müştərilər üçün hədiyyə olaraq, “myCard” kredit kartı da nəzərdə tutulub.
Bank of Baku
Bank of Baku yeni il münasibətilə yenilənmiş şərtlərlə HƏR KƏSİ sevindirəcək kampaniyaya start verir. Belə ki, yeni kampaniya çərçivəsində müştərilər bu sərfəli şərtlərdən faydalanacaqlar: Əmək haqqının 20 MİSLİ QƏDƏR kredit; Məbləğ: 30.000 AZN-dək; İllik faiz dərəcəsi: min.16%; ZAMİNSİZ; KOMİSSİYASIZ.
Qeyd edək ki, kampaniyadan faydalan şəxslər növbəsiz çevik rəsmiləşmə üstünlüyünə də sahib olacaqlar. Kampaniya 15 yanvar 2021-ci il tarixinə kimi keçərlidir.
Accessbank
“AccessBank” Nağd kredit kampaniyasına start verib. İlin sonunadək qüvvədə olan kampaniya çərçivəsində müştərilər əmək haqlarının 10 mislinədək kredit əldə edə bilirlər.
Kampaniyanın özəllikləri:
Kreditin maksimal məbləği: 30.000 AZN
Kreditin müddəti: 36 ayadək
Kreditin sığorta haqqı - 0%
Komissiya haqqı – 0%
Bundan başqa, müştərilər üçün hədiyyə olaraq, “myCard” kredit kartı da nəzərdə tutulub.
“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir.
Bank Respublika
Kampaniya çərçivəsində bankın müştəriləri yeni il planlarının həyata keçirmək üçün 3 faydalı təklif alacaqlar. Kampaniya müddətində nağd kredit rəsmiləşdirən müştərilərə 3 aylıq güzəşt müddəti veriləcək və bu müddət ərzində yalnız hesablanmış faizlər ödəniləcək. Bununla yanaşı, bank bütün nağd kreditlər üzrə komissiyada 20% endirim edir ki, bu güzəşt Bank Respublika-da kredit üçün müraciət etməyi daha sərfəli edəcək.
Yeni il kampaniyası çərçivəsində üçüncü təklif isə, 3 aylıq güzəşt dövrü ərzində ödənilən faizlərin ümumi məbləğinin 21% -i həcmində keşbək şəklində geri qaytarılmasıdır. Bank Respublika-da nağd kredit üçün müraciət etməyin üstünlüklərindən biri də illik 15%-dən başlayan sərfəli faiz dərəcəsidir.
Yapı Kredi Bank Azərbaycan
“Yapı Kredi Bank Azərbaycan” Worldcard kredit kartı müştəriləri üçün fürsətlərlə dolu “Yeni il” kampaniyasını təqdim edir. 1 dekabrdan 31 dekabra qədər ölkədaxili bütün POS terminallardan və xarici saytlardan edilən alış-verişlər zamanı ödənişləriniz 3 hissəyə bölünəcək! Kampaniya bütün digər bankların POS terminallarında da keçərlidir!
Yelo Bank
Yeni il qabağı sərfəli kredit axtarışındasınız? O zaman Yelo Bankın kredit aksiyası tam sizə görədir. Bu gündən başlayaraq əmək haqqınız və kreditin müddətindən asılı olmayaraq bütün kreditləri illik cəmi 17% ilə təklif edirik.Kampaniyanın şərtlərinə uyğun olaraq əməkhaqqınızın 12 mislinədək kredit əldə etmək imkanınız var. Bundan əlavə, əməkhaqqınızın 10 mislinədək kreditlərdə zamin tələb olunmur.
Təklif yalnız dekabr ayının sonuna qədər (30.12.2020 tarixi daxil olmaqla) aktiv olacaq.
Kapital Bank
Hər zaman olduğu kimi, bu ildə də "BirKart" sahibləri üçün Yeni il ərəfəsində qazandıran kampaniya keçirilir.
Eləcə də bax: BirKart-la dərs ilinə hazırlaşın və noutbuk qazanın!
FED.az xəbər verir ki, “Yeni ilin yüzdə yüz taksit kampaniyası” şüarı ilə keçirilən kampaniyada bütün "BirKart" taksit kartı sahibləri iştirak edib, əlavə pul qazana bilərlər.
Şərtlərə görə, "BirKart"la partnyor mağazalar şəbəkəsində minimum 50 manatlıq taksit əməliyyatı edən hər yüzüncü müştəri 100 manat qazanacaq. Kampaniya 6 yanvar 2021-ci il tarixinə qədər davam edəcək.
"BirKart"ın 4 növü var: taksit, taksit/cashback, taksit/miles və taksit/Umico. "BirKart" bir sıra üstünlüklərə malikdir: 18 aya qədər faizsiz, hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günə qədər güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən başlayan "cashback" imkanı, pulsuz SMS məlumatlandırma xidməti. "BirKart"ın ölkə üzrə 7 500-dən çox partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.
"BirKart" haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud kartın "Facebook" səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. "BirKart" sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə SMS və yaxud (051) 250 99 99 nömrəsinə "WhatsApp" vasitəsilə müraciət etmək olar.
Bank VTB
İlin sonunu gözləməyin, elə indi BANKIMIZIN VISA KARTLARI İLƏ ƏLVERİŞLİ ALIŞ-VERİŞ EDİN!
VTB Azərbaycan VISA istifadəçiləri bu ilin 31 dekabr tarixinədək ONLINE ödəniş edərkən kartın üstünlüklərindən yararlana bilərlər.
VISA ilə Mover.az-dan Yeni il hədiyyələrini sifariş edərək, pulsuz çatdırılma qazanın
Trendyol saytında VISA ilə 600 TL-dən başlayaraq alış-veriş edərək, 60 TL endirim qazanın
Aksiya cari ilin 31 dekabr tarixinədək keçərlidir.
Fürsətdən yararlanmağa tələsin!
Ətraflı:
Bank BTB
Yeni ilə yüksək gəlirli əmanətlə yeni nəfəs qatın!
Mövsüm dəyişsə də, faizimiz dəyişməyəcək!
Belə ki, əmanətinizi bankımıza yatırmaqla illik 12% gəlir əldə edəcəksiniz!
Üstünlüklərimiz təkcə yüksək gəlirlilik deyil:
Toplanan faizləri öncədən, aylıq, rüblük və ya müddətin sonunda götürmə imkanı;
Depozitinizi istədiyiniz zaman artırmaq;
Əmanətinizi güvənli və etibarlı banka həvalə etmək;
Əmanətə bağlı komissiyasız və sərfəli şərtlərlə kredit götürmək imkanı.
Daha ətraflı: bit.ly/btb-deposits
Whatsapp: https://wa.me/994553000946
BANK BTB
946
Unibank
1) Bankdan sərfəli şərtlərlə kredit götürmək istəyirsiniz, amma növbəyə düşərsiniz və “SMS-in vaxtı bitər” deyə narahatsınız, indi bu narahatlığınıza əsas yoxdur. Çünki Unibank hər kəs növbələrdə vaxt itirmədən dəqiqələr ərzində, həm də aşağı faizlə kredit götürsün deyə, xüsusi kampaniya keçirir. Evinizdə, işinizdə oturaraq saniyələr ərzində onlayn kredit sifariş edin və sizə yaxın Unibank filialından dəqiqələr ərzində pulunuzu götürün. Həm səhhətinizi qoruyun, həm vaxtınıza qənaət edin, həm də 2% daha aşağı faizlə kredit götürün.
Eləcə də bax: "Unibank" vətəndaşlarımıza şəxsi biznes yaratmaqda - Dəstək Olur
FED.az xəbər verir ki, “Unibank”ın “Onlayn kredit aksiyası” çərçivəsində rəsmi gəliri olan hər bir peşə sahibi ilin sonunadək endirimli faizlərlə 20 000 manatadək kredit sifariş edə bilər.
Kampaniya dövründə “Unibank”dan nağd kredit götürənlər bu üstünlükləri əldə edəcək:
- krediti bank fililına gəlmədən sifariş etmək;
- illik faiz dərəcəsinə 2% endirim;
- sığorta xərci yoxdur;
- zamin tələb olunmur;
- 60 ayadək ödəniş müddəti;
- kreditin ödəniş tarixini müştəri özü təyin edir;
- kreditin çox qısa zaman ərzində rəsmiləşdirilməsi imkanı.
Krediti banka gəlmədən:
- 050 778 8117 whatsapp nömrəsinə yazaraq;
- “Kredit” sözünü sms ilə 8117-yə göndərməklə;
- Unibankın yenilənmiş mobil tətbiqi olan uBank istifadə edərək;
- www.unibank.az saytından ( https://unbk.az/2PgNi30) onlayn sifariş etməklə əldə edə bilərsiniz.
Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə hər kəsin xidmətindədir. “Unibank”ın filialları həftənin 5 günü nahar fasiləsi olmadan, fəaliyyət göstərir.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.
Unibank-hər kəsin bankı!
2) 2021-ci ilə 21 FAİZSİZ taksitlə!
ALBALI kartı ilə 25 dekabrdan 5 yanvar tarixinədək partnyorlarımızda edilən 18 taksitli əməliyyatlara əlavə 3 ay HƏDİYYƏ!
Kampaniya həm onlayn ödənişlərə, həm də qapıda pos-terminal çatdırılması ilə edilən ödənişlərə şamil olunur.
Video: <iframe src="https://www.facebook.com/plugins/video.php?height=476&href=https%3A%2F%2Fwww.facebook.com%2Funibank.az%2Fvideos%2F216612800030595%2F&show_text=false&width=476" width="476" height="476" style="border:none;overflow:hidden" scrolling="no" frameborder="0" allowfullscreen="true" allow="autoplay; clipboard-write; encrypted-media; picture-in-picture; web-share" allowFullScreen="true"></iframe>
PASHA Bank
PAŞA Bank, kiçik və orta biznes sahiblərini 21-30 dekabr 2020-ci il tarixlərində davam edəcək yeni il kampaniyası cərçivəsində endirim imkanları və hədiyyələrdən yararlanmağa dəvət edir. Belə ki, hüquqi şəxs və fərdi sahibkarlar 21-30 dekabr tarixlərində Onlayn biznes kreditini illik 16.5% faiz dərəcəsi ilə əldə edə bilərlər. Bu kreditdən yararlanan hüquqi şəxslər azaldılmış faiz dərəcəsindən əlavə bir illik PAŞA Bank Miles&Smiles Visa Biznes Platinum kartını, fərdi sahibkarlar isə Umico balansına 100 AZN bonus qazanacaqlar.
Bundan əlavə, kampaniya çərçivəsində hesabın açılması və ölkədaxili ilk ödəniş pulsuz, mühasibat və vergi hesabatı xidmət paketinə əvvəlcədən abunəliyə 10%, Link ilə ödəniş xidmətinə 20% endirim təklif olunur. Həmçinin, PAŞA Bank müştəriləri ekvayrinq xidməti üzrə “Dəstək” tarif paketində 10%, “Yüksəl” və “Parla” tarif paketində isə 5%, endirimdən yararlanmaq şansı əldə edirlər.
Rabitəbank
Rabitəbank müştərilərinə ənənəvi il sonu kampaniyası təklif edir. Qarşıdan gələn 2021-ci il münasibətilə nağd pul kreditinin illik minimal faizi 15.21%-ə endirildi. 14 dekabr-13 yanvar tarixləri ərzində davam edəcək bu kampaniya ilə 36 ayadək maksimum 20.000 AZN nağd pul krediti əldə etmək mümkün olacaq. Əldə edilmiş nağd pul kreditinə müddətindən asılı olmayaraq heç bir sığorta haqqı tələb olunmayacaq. Həmçinin kredit əldə edən hər kəsə Kartmane debet və ya kredit kartı hədiyyə olunacaq.