2017-ci ilin yanvar-iyun aylarında Azərbaycanda banklar 621,67 milyon dollar satıb.
Azərbaycan Mərkəzi Bankının hesabatına görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 2,7 dəfə azdır.
Bundan başqa hesabatda qeyd olunur ki, bank müştəriləri bu dövr ərzində nəğd formada 10,35 milyon funt sterlinq, 126,58 milyon avro və 1,09 milyard rubl alıblar.