2019-cu ildə Azərbaycanda maliyyə və sığorta sektorunda işləyənlərin əmək haqqı kəskin artıb.
FED.az xəbər verir ki, ümumiyyətlə sözügedən sektor ölkədə ən yüksək əmək haqqı verilən sahələrdəndir və maaşların yüksəkliyinə görə, yalnız mədənçıxarma sənayesindən (orta maaş 3 019,3 manat) geri qalırlar.
Eləcə də bax: Azərbaycanda bank filiallarının və işçilərininn - SAYI ARTIB
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında ölkədə maliyyə və sığorta sektorunda çalışanların orta aylıq nominal əməkhaqları 1 648,8 manat təşkil edib. Bu göstərici ilin əvvəli ilə müqayisədə 178,60 manat və ya 12,18% çoxdur. İlin əvvəlində adı çəkilən sektorda orta aylıq nominal əməkhaqqı 1 460,4 manat olub.
Dövlət sektorunda çalışan maliyyə və sığorta fəaliyyəti ilə məşğul olanların orta aylıq nominal əməkhaqları cari ilin yanvar-sentyabr aylarında 1 667 manat , özəl sektorda çalışanların orta aylıq nominal əməkhaqları isə 1 644,5 manat təşkil edib.
Dövlət sektorunda çalışan maliyyəçilərin illin əvvəlindən əməkhaqları 230,30 manat və ya 16,02% , özəl sektorda isə ilin əvvəlindən 178,60 manat və ya 12,18% artıb.
Eləcə də bax: Özəl sektorda ən çox maaşların – HANSI SAHƏDƏ ARTDIĞI MƏLUM
Məlumat üçün bildirək ki, ilin əvvəlində dövlət sektorunda çalışan maliyyəçilər 1 436,7 manat, qeyri-dövlətdə çalışanlar isə 1 465,9 manat maaş alıblar.