Azərbaycanda bank sektorunda işləyənlərin sayı min nəfər artıb.
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) 2018-ci ilin yanvar-oktyabr ayları üzrə bank sektorunun icmal göstəricilərini açıqlayıb.
FED.az MBNP-a istinadən bildirir ki, bank sektorunda işləyənlərin sayı bu ilin yanvar-oktyabr ayları ərzində ilin əvvəlinə nisbətən 1 min 40 nəfər və ya 6,43% artaraq 17 min 211 nəfər olub. Xatırladaq ki, ilin əvvəlində bank sektorunda işçi sayı 16 min 171 nəfər idi.
Son bir ayda isə bank işçilərinin sayı 145 nəfər artıb. Xatırladaq ki, ilk 9 ayın yekununda bank sektorunda işləyənlərin sayı 17 min 66 nəfər olub.
ELƏCƏ DƏ BAX: Azərbaycanda bankların filial və şöbələri azalıb – HESABAT