«Bank Melli İran» Bakı filialı 2022-ci ilin 2-cü rübünün yekunlarını açıqlayıb.
FED.az xəbər verir ki, ilk yarım ildə bankın faiz gəlirləri 1 milyon 735 min manat, faiz xərcləri 139 min manat təşkil edib.
«Azər Türk Bank»ın aktivləri 80% artıb – MƏNFƏƏT AÇIQLADI – RƏQƏMLƏR
Ötən illə müqayisədə bankın faiz gəlirləri 1,9% artıb, faiz xərcləri isə 14% azalıb.
Nəticədə bankın xalis faiz gəliri 1 milyon 596 min manat olub.
Bu dövrdə bank aktivlər üzrə 99 min manatlıq ehtiyat ayırmaları edib. Ötən il isə bu göstərici 648 min manat təşkilo etmişdi.
2022-ci ilin ilk 2 rübündə «Bank Melli İran» Bakı filialının inzibati xərcləri 878 min manat təşkil edib. Ötən illə müqayisədə inzibati xərcləri 14% artıb Xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsinə görə isə bankın 138 min xərci olub. Əvəzində İran bankı xarici valyukta əməliyyatlarından 100 min manat gəlir əldə edib. Yeri gəlmişkən, ötən illə müqayisədə bu maddə üzrə gəlirlər 4 dəfə azalıb.
Nəticədə bankın vergidən əvvəlki və xalis mənfəəti 806 min manat təşkil edib. Bu ötən illə müqayisədə 230 min manat və ya 40% artıqdır.
Xatırladaq ki, ötən iloin ilk 2 rübünü İran bankı 575 min manat xalis mənfəətlə bağlamışdı. Xalis mənfəətin artımının əsas səbəbi bankın ehtiyat ayırmalarına sərf etdiyi vəsaiti 6,5 dəfə azaldaraq 650 min manatdan 99 min manata endirməsi olub.
2022-ci ilin ilk yarısında «Bank Melli İran» Bakı filialının aktivləri 3,1 milyon manat və ya 3,7% artaraq 90 milyon manatı keçib. Aktivlərin böyüməsi nağd pul vəsaitlərinin artımı (təqribən 2 milyon manat artaraq 57,1 milyon mmanata çatıb) və qiymətli kağızlara investisiyanın artımı (700 min manat artaraq 18,6 milyon manat olub) hesabına baş verib Ötən illə myqayisədə bankın kredit portfeli bir qədər – 100 min manat və ya 1,2% kiçilərək 9 729 min manata enib.
Bankn öhdəlikləri isə bu dövrdə 2,4 milyon manat artaraq 51,4 milyon manatdan 54,8 milyon manata yüksəlib.
«Bank Melli İran» Bakı filialının cəsmi kapitalı isə artıq uzun müddət olduğu kimi, yenə də Mərkəzi Bankın tələbindən aşağıdır – 36,2 milyon manat (tələb 50 milyon manatdır). Son bir ildə bu göstərici təqribən 800 min manat artsa da, normativə çatması üçün böyük vəsait lazımdır.
Bankın səhmdar kapilatı 73,6 milyon manat olsa da, vaxtilə edilən və yığılan zərərlər 37,4 milyon manat təşkpil edib.