Bank

Azərbaycanda bankın qadın əməkdaşı mühafizəçi tərəfindən - QƏTLƏ YETİRİLİB

Azərbaycanda bankın qadın əməkdaşı mühafizəçi tərəfindən - QƏTLƏ YETİRİLİB | FED.az
10:07 8 Sen 2019

Göygöl rayonunda qətl hadisəsi olub.

FED.az maliyyə portalı "Report"a istinadən xəbər verir ki, rayonun Üçtəpə kəndində təqribən 30-35 olan Cəlili Günay Yusif qızı yaşadığı evdə boğazı kəsilərək öldürülüb.

Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.

G.Cəlilli Beynəlxalq Bankın Gəncə şəhər filialının əməkdaşıdır. Qətli törədən OrxanQƏTL adlı şəxs də həmin bankda mühafizəçi işləyir. Qadının iki övladı qalıb. Həyat yoldaşının illər öncə rəhmətə getdiyi bildirilir. Qadın övladları və bibisi ilə birgə yaşayırmış.

Hadisənin dəqiq baş vermə səbəbləri Göygöl Rayon Prokurorluğu tərəfindən araşdırılır.

Digər xəbərlər