«NBC Bank» 2019-cu ilin 3-cü rübünün nəticələrini açıqlayıb.
FED.az “NBC Bank”ın “Mənfəət və Zərər” haqqında hesabatına əsasən xəəbər verir ki, 2019-cu ilin 3-cü rübü üçün bankın faiz gəlirləri 13 mln 992 min manat, qeyri-faiz gəlirləri 3 milyon 26 min manat təşkil edib.
Eləcə də bax: Banklar 3 rübü necə başa vurdu - MƏNFƏƏT- ZƏRƏR - SİYAHI
Ötən ilin eyni dövrü ilə müqayisədə faiz gəlirləri 4.1%, qeyri-faiz gəlirləri isə 36,1% artıb.
Bu dövrdə bankın faiz xərcləri kəskin artıb. Hesabata əsasən bankın faiz xərcdəri 11 milyon 176 min manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 42,4% artıqdır. Bankın qeyri-faiz xərcləri də artıb – 6 milyon 748 m in manat və ya əvvəlki illə müqayisədə 25,5% artıq.
Eləcə də bax: İqtisadiyyata sərmayə qoyuluşunda – ƏHALİ BANKLARDAN - DAHA ÇOX AKTİVLƏŞİB
Nəticə bank 3-cü rübü 906 min manat xalis əməliyyat zərəri ilə başa vurub.
Bununla yanaşı, 3-cü rübün nəticəsinə görə, bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün ayırdığı xüsusi ehtiyatlardan 1 milyon 17 min manat geri çəkib. Nəticədə bankın xalis mənfəəti 11,5 min manat təşkil edib.
Bu ötən ilin eyni dövrü ilə müqayisədə 26 dəfə azdır.
Xatırladaq ki, bu ilin ikinci rübünü bank 184 min manat mənfəətlə başa vurub, başqa sözlə, NBC Bank 3-cü rübdə xalis zərər edib.
Əvəzində bankın aktivləri artıb – 3-cü rübün nəticələrinə görə, NBC Bankın aktivləri 304 milyon 814 min manat təşkil edir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 36 milyon manat və ya 13,3%, bu ilin ikinci rübünün göstəriciləri ilə müqayisədə isə 11 milyon manat və ya 3,8% artıqdır.
Bankın cəmi kapitalında isə cüzi də olsa azalma var – 58 milyon 310 min manat və ya ötən illə müqayisədə 2,2% az olub.
Bu dövrdə NBC Bank kredit portfelini də xeyli artırıb – hesabata əsasən hazırda bankın kredit portfeli 222 milyon 203 min manat təşkil edir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,5% artıqdır.
NBC Bankda vaxtı keçmiş kreditlərlə bağlı vəziyyət əladir. Hər halba bankın hesabatına görə, vaxtı keçmiş kreditlərin həcmi 9,2 milyon manatdır ki, bu da ümumi kredit portfelinin cəmi 4%-i deməkdir.
Xatırladaq ki, ötən ilin eyni dövründə bu göstərici 5,76% təşkil edirdi, ölkə üzrə problemli kreditlərin orta göstərici isə 10,8% təşkil edir.