Azərbaycanda fəaliyyət göstərən İran bankı - “Bank Melli İran”ın Bakı filialının maliyyə vəziyyəti açıqlanıb.
FED.az bankın 2023-cü ilin 3-cü rübünün sonuna olan hesabatına istinadən xəbər verir ki, bankın kredit portfelində kəskin azalma baş verib.
Belə ki, ilin əvvəlində banın kredit portfeli 9,5 milyon manat olduğu halda, 3-cü rübün sonuna bu rəqəm 3,9 milyon manat, yəni 41% azalaraq 5,6 milyon manata düşüb.
Qeyd edək ki, bankın kredit porfeli bu ilin əvvəlindən davamlı olaraq azalmaqdadır. Belə ki, 1-ci rübün sonunda kredit portfeli 8,5 milyon manata, 2-ci rübün sonunda isə 7,1 milyon manata düşmüşdü.