Bu ilin yanvarın 1-nə Azərbaycanın rayonvə şəhərlərinin əhalisi tərəfindən banklara yerləşdirilmiş əmanətlər təxminən 14,7 milyard manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata əsasən Bakı əhalisi tərəfindən 12,9 milyard manatdan çox əmanət yerləşdirilib.
Sumqayıt şəhəri 334,8 milyon manatla 2-ci, Gəncə şəhəri isə 210 milyon manatla 3-cüdür.
Abşeron əhalisinin banklarda 190,2 milyon manat, Xaçmaz rayonunda 71,5 milyon manat pulu var.