Son bir ildə Azərbaycanda bank sektorunda çalışanlarnın sayı 2 min nəfərdən çox artıb.
Azərbaycan bankları 3 ay ərzində - 268 MİLYON MANAT QAZANIBLAR
FED.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, 31 mart 2023-cü il tarixinə fəaliyyət göstərən 25 bankın filiallarının sayı 491, şöbələrinin sayı 94, ATM-lərin sayı isə 2,996 olmuşdur. Hesabat ayında da bank sektorunda çalışanların sayında artım trendi davam etmişdir. Mart ayında bank əməkdaşlarının sayı 0.5% və ya 124 nəfər artaraq 23,164 nəfər təşkil etmişdir.
Ümumilikdə ilin əvvəlindən bəri bank sektorunda işləyənlərin sayı 387 nəfər artıb. Son bir ildə isə bankda çalışanların sayı 2133 nəfər artıb. Belə ki, bir il əvvəl bank sektorunda 21 031 nəfər çalışırdı.