Azərbaycanın bank sektorunda xidmətlərin tariflərinin tənzimlənməsi, xərclərin azaldılması çox vacibdir.
Banklarda SMS məlumatlandırma xidməti neçəyədir? – BANKLAR, TARİFLƏR, SİYAHI
FED.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.
Vüqar Bayramov: "İri banklar SMS xidmətini kəskin bahalaşdırır, AMB ciddi addım atmalıdır"
O, qeyd edib ki, gələn aydan bəzi banklar SMS-məlumatlandırma xidmətini 2 dəfə bahalaşdıracaq.
"Bu gün xidmətindən istifadə etdiyim bankların birindən SMS aldım. Böyük ehtimalla həmin SMS bütün müştərilərə göndərilib. SMS-də deyilir ki, əgər müştəri debet kartına mədaxili və yaxud kredit ödənişini "MilliÖn" və digər ödəniş sistemlərinə məxsus aparatlarla həyata keçirsə, əməliyyatın məbləği 3 min manatdan artıq olsa, bunun 0,5 %-i qədər əlavə ödəniş edəcək. Yəni həmin müştəridən 0,5 % əlavə xidmət haqqı tutulacaq. Ötən iclasımızda Tahir Mirkişili bu məsələyə toxundu. Amma biz bu müddətdə bəzi bank xidmətləri üzrə tariflərin azaldılmasını deyil, əksinə artırılmasını müşahidə edirik. Halbuki, bunun üçün iqtisadi əsas yoxdur. Çünki mobil xərclərdə, kommunikasiya xərclərində artım yoxdur. Yəni, bank xidmətlərinin tariflərində artımların olmasını iqtisadi baxımdan əsaslandırmaq çox çətindir və praktiki olaraq mümkün deyil", - deyə deputat əlavə edib. (Report)