Ötən il Azərbaycanda əhali hüquq və bank xidmətlərinə 422 910,7 min manat xərcləyib.
FED.az xəbər verir ki, bu məbləğ 2017-ci illə müqayisədə 32 812,0 min manat və ya 7,195 azdır. Belə ki, 2017-ci ildə əhalinin hüquq və bank xidmətlərinə görə, xərclədiyi pulun məbləği 455 722,7 min manat təşkil edib.
Eləcə də bax:Məsafədən idarə olunan bank xidmətləri - BİLİRDİNİZMİ?
Ümumilikdə isə ötən il Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 9 131 758,6 min manat təşkil edib. Bu da 2017-ci illə müqayisədə 495 722,80 min manat və ya 5,74% çoxdur.