Son bir ildə Azərbaycan bankları 1300 nəfərdən çox adamı işə qəbul ediblər. FED.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının bank sektoru ilə bağlı hesabatında bildirilir.
Palatanın məlumatında bildirilir ki, hazırda Azərbaycanın bank sektorunda çalışanların sayı 17 749 nəfərdir. Bu 2018-ci ilin ilk rübü ilə müqayisədə 1360 nəfər çoxdur.
İin əvvəlindən indiyədək isə bank sektorunda çalışanların sayı 334 nəfər artıb.