Avqust ayında bankların əməliyyat mənfəəti 17.3% (81.9 mln. manat) artaraq 554.3 mln. manat, xalis mənfəəti isə 13.8% (55.9 mln. manat) artaraq 462.1 mln. manat təşkil edib.
FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 10.5%, kreditlər üzrə faiz gəlirləri isə 14.3% artmışdır.