30 iyun 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29,980.1 mln. manat, cəmi öhdəlikləri isə 25,380.5 mln. manat təşkil edib. Sektorun balans kapitalı 4,599.6 mln. manat olub.
Aktivlər
İyun ayına sektorun aktivlərinin 43.8%-ni kredit portfeli təşkil edir. Cari ilin ilk yarımilliyində kredit portfeli 4.1% (517.7 mln. manat) artaraq, ümumi kredit portfeli ayın sonuna 13,146.0 mln. manat təşkil edib.
Öhdəliklər
2019-cu ilin iyun ayında fiziki şəxslərin əmanətləri 8,633.8 mln. manat təşkil edib. Cari ilin 6 ayı ərzində fiziki şəxslərin cəmi əmanətləri 4.4% (364.1 mln. manat) artıb. Artım əsasən tələbli depozitlər hesabına baş vermişdir. Belə ki, 6 ay ərzində tələbli depozitlər 18.1% (505.7 mln. manat) artmışdır.
Hüquqi şəxslərin depozitləri ilin ilk yarımilliyində 1.1% (114.1 mln. manat) azalsa da, müddətli depozitləri 55.4% (803.5 mln. manat) artaraq 2,253.2 mln. manata çatıb.
Balans kapitalı
Sektorun balans kapitalı ilin birinci yarısında 13% (527.8 mln. manat) artaraq 4,599.6 mln. manata çatıb.
Mənfəət və zərər
Cari ilin ilk yarımilliyində banklar 433.4 mln. manat xalis mənfəət əldə ediblər. Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 14.1% (118.8 mln manat) , kreditlər üzrə faiz gəlirləri isə 18.4% (107.8 mln manat) artıb.