30 aprel 2025-ci il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 494, şöbələrinin sayı 87, ATM-lərin sayı 3 min 311 olmuşdur.
FED.az xəbər verir ki, bu, Mərkəzi Bankın "Statistik Bülleten - Aprel 2025" sayında bildirilir.
Qeyd edilib ki, aprel ayında bank sektorunda çalışanların sayı 0.7% və ya 184 nəfər artaraq 25 min 939 nəfər təşkil etmişdir.