Bank “BTB” ASC-nin Səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, ümumi yığıncaq 23.10.2021-ci il tarixində saat 11:00-da Bankın Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov, 27 ünvanında yerləşən Baş ofisində keçiriləcək.
Yığıncağın gündəliyi mətbuata açıqlanmayıb. Bildirilir ki, səhmdarlar yığıncağın gündəliyi ilə Bankın Baş ofisində tanış ola bilərlər.
Qeyd edək ki, «Bank BTB»nin səhmdarları Nigar Mehdiyeva (74,9%), Rza Sadiq (19,01%) və Tükəzban Mahmudovadır (6,00%).