Azərbaycanda fəaliyyət göstərən Rusiya kapitallı «Yelo Bank»ın səhmdarları kapital artımına hazırlaşır.
FED.az xəbər verir ki, bu barədə bankın idarə heyətinin sədri Nikoloz Şurqaia bildirib.
Onun sözlərinə görə, «Yelo Bank» pandemiyanın ilkin mərhələsini biznesin bütün istiqamətləri üzrə sürətlə inkişaf edərək qarşıladı: «Pandemiya dünyanın bütün ölkələrinin, o cümlədən Azərbaycanın iqtisadiyyatının bütün sahələrinə neqativ təsir etdi. Lakin həllər tapmaq Yelo Bankın dəyərlərindən biridir. Biz tez bir vaxtda yeni iqtisadi reallıqlara adaptasiya olmaq üçün bankın biznesini yenidən qurmağa başladıq».
N.Şurqaia bildirib ki, «Yelo Bank» müştərilərini dəstəkləmək üçün əlindən gələni edəcək: «Çətinliklər hər kəsə aiddir və biz qarşılıqlı maraqları qoruyaraq onların öhdəsindən birgə gəlməliyik. Unutmayaq ki, hər böhran yeni imkanlar yaradır. Bankın dəstəklənməsi və onu artım fazasına qaytarmaq üçün Yelo Bankın səhmdarları kapital artımı hazırlayır. Eyni vaxtda biz iqtisadiyyatın müxtəlif sahələrinə dövlətin ciddi dəstəyinin şahidi oluruq və real sektorun kreditləşməsi üçün dövlət qurumları ilə əməkdaşlığı genişləndirməyə hazırıq».