Azərbaycanda devalvasiya və inflyasiya dövrünün başladığı gündən etibarən, ölkədə bank sektoru ən riskli iş hesab edilir. Bu isə ilk olaraq bank rəhbərinin məsuliyyətini artırır ki, burada da təhsil və strategiya öz sözünü deyir.
Əgər yastığaltı pullarınızı bir banka əmanət etməyi düşünürsünüzsə, o zaman bu yazını sona qədər oxuyub bank rəhbərlərinin təhsilindən xəbərdar olmağı da FED.az olaraq sizə təklif edirik.
Xalid Əhədov – “Azərbaycan Beynəlxlaq Bankı”nın İdarə Heyətinin sədri 4 fevral 1980-cı ildə (37 yaş) anadan olub.
1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Maliyyə və kredit” ixtisası üzrə bakalavr dərəcəsi, 2000-2002-ci illərdə isə həmin ixtisas üzrə magistr dərəcəsi alıb. 2010-2012-ci illərdə Avropanın Instituto de Empresa (IE) biznes məktəbinə qəbul olub və Barcelonada MBA təhsili alıb.
Rövşən Allahverdiyev - “Kapital Bank”ın İdarə Heyətinin sədri, 11 yanvar 1972-ci ildə (45 yaş) anadan olub.
O, 1989-1997-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Əməyin iqtisadiyyatı və sosiologiyası” fakültəsində oxuyub.
Emin Ağayev - "Günay Bank"ın İdarə Heyətinin sədri, Moskva İdarəetmə İnstitutu (1981-1986), istehsalatın idarəetməsinin təşkili fakultəsi, mühəndis-iqtisadçı
Rolf Reyxardt - “AccesBank”ın İdarə Heyətinin sədri, Frankfurtdakı Höte Universitetində fəlsəfə doktoru dərəcəsini alıb. Yeni Zelandiyanın Oklend, Almaniyanın Kil və ABŞ-ın Yuta universitetlərində iqtisadi təhsil alıb.
Əfqan Cəlilov - “AG Bank” -ın İdarə Heyətinin sədri, 29 İyul 1978-ci ildə (39 yaş) anadan olub.
O, 1995-ci ildə, Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın tənzimlənməsi fakultəsinə daxil olub. 1999-cu ildə bakalavr dərəcəsini alıb və həmin ildə magistraturaya daxil olub. 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Qiymət və qiymətin əmələ gəlməsi” ixtisası üzrə magistraturanı fərqlənmə diplomu ilə bitirib.
Emil Həsənov - “Amrah Bank”ın İdarə Heyətinin sədri 1979-cu ildə (38 yaş) anadan olub.
1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini bakalavr dərəcəsi ilə, 2008-ci ildə isə eyni universitetin magistr dərəcəsi ilə bitirib.
Doğan Tandoğan - “ASB Bank”-ın İdarə Heyətinin sədri 1973-cü ildə (47 yaş) anadan olub.
O, 1995-ci ildə “Orta Doğu Teknik Universiteti”nin Beynəlxalq Münasibətlər bölümündən, 2004-cü ildə “Azərbaycan Dövlət Neft Akademiyası”nın Biznesin idarə edilməsi bölümündən məzun olub.
Dəyanət Quliyev - “Ata Bank”-ın İdarə Heyətinin sədri 1983-ci ildə (35 yaş) anadan olub.
Azərbaycan Dövlət İqtisad Universitetinin “Ümumi iqtisadiyyat” fakültəsini və Bakı Dövlət Universitetinin “Hüquqşunaslıq” fakültəsini bitirib.
Rüfət Kərimov - “Bank Avrasiya”-nın İdarə Heyətinin sədri, 2 iyul 1963-cü il tarixində (54 yaş) anadan olub.
O, Azərbaycan Texniki Universitetinin "Radiotexnika" fakultəsini bitirib.
Emil Rzayev - “Bank BTB” –nin idarə heyətinin sədri, 2 avqust 1977-ci ildə (40 yaş) anadan olub.
E.Rzayev Azərbaycan Dövlət İqtisadi Universitetində magistr pilləsində təhsil alıb və təhsilini 2000-ci ildə başa vurub. 2001-ci ildə Ali İctimai-Siyasi Kolleci bitirib və hüquqşünas diplomunu alıb.
Elçin Əhmədov - “Bank Silk Way”-in Müşahidə Şurasının sədri 08 fevral 1982-ci ildə (35yaş) anadan olub.
O, 2004-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və Kredit” fakultəsini bitirib. 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və Kredit” ixtisası üzrə magistr dərəcəsi alıb.
Asəf Namazov – “Bank Respublika”nın İdarə Heyətinin sədri, 1991-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirib.
Fərid Abuşov -“Dəmir Bank”ın İdarə Heyətinin sədri, 31 oktyabr 1981-ci ildə (36yaş) anadan olub.
O, Böyük Britaniyanın “University College London” (UCL) universitetin iqtisadiyyat fakültəsinin Magistrı və “Royal Holloway” (RH) universitetinin iqtisadiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib.
İlham Həbibullayev - “Express Bank”ın İdarə Heyətinin sədri 4 iyun 1977-ci ildə (40 yaş) anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetinin “Tarix” fakültəsini, 2001-ci ildə İstanbul Universiteti Sosial Elmlər İnstitutunu (magistr dərəcəsi) və 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsini bitirib.
Elmir Həsənov - “Muğan Bank”ın İdarə Heyətinin sədri, 28 mart 1971-ci ildə (46 yaş) anadan olub.
O, 1996-ci idə Azərbaycan Dövlət İqtisadiyyat Universitetini bitirb. 1994-cü ildən Bank sistemində çalışır. “Strathclyde Business School”-da MBA proqramını bitirib.
Səid Qasımov - “NBC Bank”ın İdarə Heyəti sədr vəzifəsini müvəqqəti icra edir,
1999-2003 –cü illərdə Qərb Universitetinin “Beynəlxalq İqtisadi münasibətlər” fakultəsində bakalavr dərəcəsi üzrə təhsil alıb. 2003-2005 –ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq Biznes” fakultəsində MBA magistr dərəcəsi üzrə təhsil alıb.
Nikoloz Şurqaia – “Nikoil Bank”ın İdarə Heyətinin sədri, Tiflis Dövlət Universiteti və London Biznes Məktəbinin MBA məzunudur.
Taleh Kazımov “Paşa Bank”ın İdarə Heyətinin sədri, 11 sentyabr 1983-cü ildə (34 yaş) anadan olub.
O, Azərbaycan Texniki Universitetinin “Avtomatika və hesablama texnikası” fakültəsinin bakalavr pilləsini bitirib, daha sonra isə Azərbaycan Dövlət Neft Akademiyasında MBA dərəcəsi və Georgia State University-də kommersiya üzrə dərəcə alıb.
Elçin Qədimov – “Rabitə Bank”ın İdarə Heyətinin sədri, 24 may 1978- ci ildə (39 yaş) anadan olub.
İqtisad Universitetinin Mühasibat Uçotu və Audit fakultəsini bakalavr və magistr dərəcəsi ilə bitirib. ABŞ-ın Cənubi Alabama Universitetində MBA dərəcəsini alıb.
Faiq Hüseynov - “UniBank”ın İdarə Heyətinin sədri, 19 iyun 1966- cı ildə (51 yaş) anadan olub.
O, Azərbaycan İnşaat Mühəndisləri İnstitutu, İxtisas -Tikintinin İqtisadiyyatı və təşkili fakultəsini bitirib.
Kirin Yevgeni Anatolyeviç – “VTB Bank”ın İdarə Heyətinin sədri, 2001-ci ildə- Orlov dövlət texniki universitetin Maliyyə-iqtisadiyyat fakultəsini bitirib və iqtisad elmləri namizədidir.
Cenk Yüksel – “Yapı Kredi Bank”ın İdarə Heyətinin sədri, 1991-1996-cı illərdə Gazi Universitetinin İqtisadiyyat və İdarəetmə fakultəsini bitirib.
Avni Demirçi -“Ziraat Bank Azərbaycan” İdarə Heyətinin sədri, 01 fevral 1967 ci ildə anadan olub,
Eldar Həmidov – «Bank of Baku» idarə heyəti sədrinin vəzifələrini müvəqqəti icra edir. 1993-1997-ci illərdə Xəzər Universitetində əvvəl hüquq, sonra isə biznes idarəçilik ixtisası üzrə təhsil alıb. 2002-2003-cü illərdə Britaniyanın «Heriot-Watt University» universitetində beynəlxalq bank və maliyyə təhsili alıb.
Azərbaycanda bank sədrlərinin təhsili - SİYAHI
14:50
4 Dek 2017