Azərbaycanın aparıcı banklarından olan «Rabitəbank»ın idarə heyətinin sədri Aydın Hüseynovun bank-maliyyə mövzusuna həsr olunmuş kitabı dərc edilib.
«Rabitəbank» səhmdarlarına dividiend, rəhbərliyə bonus - ÖDƏYƏCƏK
FED.az xəbər verir ki, bu barədə A.Hüseynov özü məlumat verib.
«İqtisad Universitetinin Professoru Zahid Məmmədovla ilə birlikdə uzun zamandır üzərində çalışdığımız "Maliyyə İqtisadiyyatı: Bankçılıq, Sığorta, Kapital bazarları və Birja" adlı kitabımız çapdan çıxdı. Kitabı yazmaqda məqsədimiz maliyyə sahəsində çalışan mütəxəssislər üçün bir masaüstü məlumat mənbəyi hazırlamaq idi».