«Yapı Kredi Bank Azərbaycan»ın rəhbərliyində dəyişikliklər var.
Bankdan FED.az-a verilən məlumata görə, dəyişikliklər Müşahidə Şurasını, İdarə heyətini və Audit Komitəsini əhatə edir.
Eləcə də bax: “Yapi Kredi Azərbaycan”nın rəhbərliyində dəyişiklik olub
Bu il fevralın 8-də Albert Angersbach Müşahidə Şurasının üzvü təyin edilib.
İyunun 1-də Niccolo Ubertalli Müşahidə Şurasının Sədrinin müavini vəzifəsindən azad edilib.
Sentyabrın 20-də isə Marco İannaccone Müşahidə Şurasının Sədrinin müavini təyin edilib.
İlin əvvəlindən bəri Bankın İdarə Heyətində bir dəyişiklik olub. Fevralın 1-də Sinan Ağırbaş İdarə Heyətinin üzvü təyin edilib.
Fevralın 22-də Mustafa Coşkun Bulak Audit Komitəsinin üzvü vəzifəsindən azad edilib, iyunun 12-də isə bu vəzifəyə Gül Pinar Salcı təyin edilib.