Ölkənin ən böyük banklarından biri olan «AccessBank»ın rəhbərliyində dəyişiklik var. FED.az xəbər verir ki, bankın İdarə Heyətinin Sədri və Baş Meneceri Rolf Reyxardt dünən vəzifəsini tərk edib. FED.az xəbər verir ki bankirin səlahiyyət müddəti başa çatıb və Müşahidə Şurasının qərarı ilə bu müddət uzadılmayıb.
Xatırladaq ki, Rolf Reyxardt AccessBank-da öz fəaliyyətini 2014-cü ilin may ayında Maliyyə üzrə İcraçı Direktor vəzifəsində başlayıb və 2017-ci ilin aprel ayında İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub. R.Reyxardt, 20 ildən artıq Almaniyanın bir sıra iri banklarında risk idarəçiliyi üzrə müxtəlif vəzifələrdə çalışıb.
Hazırda AccessBank-ın rəhbəri vəzifəsinə indiyədək İdarə Heyəti Sədrinin Birinci Müavini və Baş Əməliyyat İnzibatçısı olan Anar Həsənov təyin edilib.