"Azərbaycan Banklar Assosiasiyası" (ABA) və "Azərbaycan Hakimlər İttifaqı" (AHİ) arasında bu gün imzalanmış əməkdaşlıq haqqında Anlaşma Memorandumu çərçivəsində bank sahəsində yaranan problemlərin müzakirəsi üçün "Müzakirə platforması" yaradılacaq.
Azərbaycanda kredit müqavilələri üzrə borcalanın sığortalanması qaydası - TƏSDİQLƏNDİ
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Assosiasiyanın sədri Zakir Nuriyev bildirib.
"Problemlərin müzakirəsi üçün platformaya ehtiyac var idi və biz onu yaratmaq qərarına gəldik. İndi banklar istənilən məsələni birbaşa təşkilatlarla deyil, ABA və AHİ vasitəsilə qanuni şəkildə müzakirə edəcək və təkliflər irəli sürəcək. Hesab edirik ki, bu platformada praktikada yaranan məsələləri müzakirə etmək, təkliflər irəli sürmək daha düzgündür. Beləliklə, məhkəmələrin müstəqilliyi təmin olunacaq, bank sektoru və məhkəmə sistemi ilə bağlı məsələlərin müzakirəsi üçün "müzakirə platforma"sı yaradılacaq", - deyə o qeyd edib. (Report)