Azərbaycanda bank müştərilərinin sayı 2020-ci ilin aprel ayına 8 milyon 69 min 176 nəfər təşkil edib. 2019-ci ilin eyni dövründə isə bank müştərilərinin sayı 7 milyon 248 min 375 nəfər olub. Belə ki, cari ilin aprel ayında bank müştərilərinin sayı 820 min 801 nəfər və yaxud 11,3% artıb.
Eləcə də bax: Bank sisteminin son vəziyyəti açıqlandı – BÜTÜN GÖSTƏRİCİLƏR
FED.az Banker.az-a istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankdan verilən məlumata görə, bank müştərilərindən 7 milyon 959 min 754 nəfər fiziki şəxslər, 109 min 422 nəfəri isə hüquqi şəxslərdir.
Bu ilin aprel ayında müştərilərin bank hesabları 19 milyon 391 min 891 ədəd olub ki, bu da 2019-cu ilin analoji dövrüylə müqayisədə 11,2% artım deməkdir. Mart ayı ilə müqayisədə isə müştərilərin bank hesabları 172 min 145 ədəd azalıb. Cari ilin aprelində müştərilərin kredit hesabları 3% artaraq 2 milyon 618 min 417, depozit hesabları isə 5% artaraq 312 min 339 olub.