Bu ilini noyabrın birinə Azərbaycanda bank müştərilərinin sayı 14 milyon 350 min nəfər olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Müştərilərin 14,2 milyon nəfəri fiziki, 685,8 min nəfəri sahibkarlıqla məşğul olanlar 135,8 min nəfəri isə hüquqi şəxslərdir.
Bank müştərilərinin ümumi sayı son bir ayda 9,8 min nəfərə yaxın, fiziki şəxslərin sayı 22,8 min nəfər, sahibkarlıqla məşğul olanların sayı 838 nəfər artıb, hüquqi şəxslərin sayı 13 min nəfərə yaxın azalıb.
İllik müqayisədə isə ümumi müştərilərin sayı 700,2 min nəfər (5,1%), fiziki şəxslər 701,6 min nəfər (5,2%), sahibkarlıqla məşğul olan şəxslər isə 66,9 min nəfər (10,8%) artıb, hüquqi şəxslərin sayı 1,4 min nəfər azalıb.