İyunda Azərbaycan banklarının müştərilərinin sayı 1% azalaraq 13 milyondan aşağı düşüb.
Eləcə də bax: Azərbaycanda bankda işləyənlərin sayı - 1200 NƏFƏR ARTIB
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankın yarımillik hesabatında bildirilir. 30 iyun 2022-ci il tarixinə olan statistik göstəricilərə əsasən, bankların müştərilərinin sayı 12 871 984-dir ki, onların 99%-ini fiziki şəxslər təşkil edirlər.
Qeyd edək ki, 2022-ci ilin iyunda bank müştərisi olan fiziki şəxslərin sayı 1% azalaraq 12 739 705 nəfərə, fərdi sahibkarların sayı 2.1% artaraq 573 566 nəfərə, hüquqi şəxslərin sayı isə 3.7% artaraq 132 279 nəfərə çatıb.