17 sentyabr 2019-cu il tarixində “Bank Respublika” ASC-nin Baş Ofisində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Marketinq və PR” üzrə Ekspert Qrupunun növbəti iclası keçirilib.
FED.az xəbər verir ki, iclas zamanı Ekspert Qrupu tərəfindən keçiriləcək “Bank məhsulları haqqında müştəri rəy sorğusu” haqqında geniş müzakirələr aparılıb.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.