Azərbaycan Mərkəzi Bankı (AMB) 2018-ci ilin yavar-noyabr ayları üçün verilmiş kreditlər üzrə orta fazi dərəclərini açıqlayıb.
FED.az AMB-ə istinadən xəbər verir ki, 2018-ci ilin ilk 11 ayında manatla verilmiş kreditlərin orta faiz dərəcəsi 14,17%, xarici valyuta ilə verilmiş kreditlərin isə orta faiz dərəcəsi 8,56% olub.
Hüquqi şəxlərə manatla verilən kreditlərin orta faiz dərəcəsi 9,15%, xarici valyuta ilə verilən kreditlərin orta faiz dərəcəsi 6,30% təşkil edb.
Fiziki şəxləərə gəldikdə isə, bu şəxslərə manatla verilən kreditlərin orta faiz dərəcəsi 16,92%, xarici valyutada verilən kreditlərin orta faiz dərəcəsi isə 15,21% olub.
Eləcə də bax: Bankın müştərisi əmanətini necə geri aldı? - «DEDİLƏR MƏHKƏMƏYƏ GETMƏYİN»
Xatırladaq ki, 2018-ci ilin əvvəlində, manatla verilən kreditlər üçün orta faiz dərəcəsi 13,20%, xarici valyutada verilən kreditlərin orta faiz dərəcəsi 9,76% idi.
Hüquqi şəxlərə 2018-ci ilin əvvəlində manatla verilən kreditlərin orta faiz dərəcəsi 8,91%, xarici valyutada verilən kreditlərin orta faiz dərəcəsi isə 6,84% olubmuş.
Fiziki şəxslərə manatla verilən kreditlərin orta faiz dərəcəsi 16,31%, xarici valyutada isə verilən kreditlərin orta faiz dərəcəsi 16,47% idi.