Qarşıdakı 10-15 il ərzində Azərbaycanın bank sektorunda baş verəcək rəqəmsallaşma fonunda mövcud bank işçilərinin 3-dən birinə ehtiyac qalmayacaq və onlar ixtisar olunacaq.
Eləcə də baz: İsveçrənin ən böyük bankı əmanətlərə - FAİZ ÖDƏMƏYİ DAYANDIRIR
FED.az xəbər verir ki, bunu rəqəmsallaşma xidmətləri sahəsində yeni işə başlayan «The Band» şirkətinin təsisçisi Elmir Əliyev bildirib.
Onun sözlərinə görə, bank əməkdaşlarının çoxunu süni intellekt əvəz edəcək. Elmir Əliyevin sözlərinə görə, Strateji Yol Xəritəsində də 2025-ci ilədək ölkəmizdə əksər sahələrin rəqəmsallaşmalı olduğu göstərilib.
Eləcə də bax: «Yüksək maaş da versələr biznesimi atıb - BANKA QAYITMARAM» - MÜSAHİBƏ
Odur ki, bank sektorunun rəqəmsallaşacağı vaxt da bu sektorda da ixtisarlar olacaq deyə şirkət rəsmisi qeyd edib.
Elmir Əliyev ixtisara ən çox məruz qalacaq bəzi ixtisasları da dəqiqləşdirib. Onun sözlərinə görə, gələcəkdə ölkəmizdə bank sektorunda çalışan anderrayterlərə ehtiyac olmayacaq: «Yaxın gələcəkdə anderrayterlərin təyin etdiyi iri həcmli kreditlərə süni intellekt 30 saniyə ərzində qərar verəcək.
Hazırda dünya ölkələrinin 30% də mesencer üzərindən kredit verilir».
Həmçinin hesabat hazırlayan bank işçilərinə də ehtiyac olmayacaq: «Belə ki, artıq data bazanın toplanmasını həyata keçirən insanlara yox, sadəcə bu məlumatlarla işləyə biləcək işçilərərə ehtiyac olacaq» – deyə o bildirib.
Bankların ixtisar edəcəyi növbəti işçilər, kredit mütəxəssisləri olacaq. Belə ki, vahid platforma kreditləri özü verəcək. Ümumiyyətlə gələcəkdə nəinki bank şöbələri ölmayacaq ümumilikdə bank konsepti indikindən tam fərqlənəcək.
Elmir Əliyevin sözlərinə ölkəmizdə hələ də bankların əksəriyyətində filialda oturub müştəri gözləmək kimi bir düşüncə və yanaşma var. “Amma bu xaricdə belə deyil. Xaricdə müştərini bu platformalara vasitəsilə internetlə cəlb edirlər. Süni intellekt özü müştərini tapıb bank məhsulunu satır”- deyə o bildirib.
Azərbaycanda bank işçilərinin üçdə birinə ehtiyac qalmayacaq – İXTİSARA DÜŞƏCƏK PEŞƏLƏR
10:32
7 İyun 2019