Cari ilin mart ayının sonunda Azərbaycanda fəaliyyət göstərən banklarda çalışan işçilərin sayı 27 min 241 nəfər olub.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, bank işçilərinin sayı ilin əvvəlindən bəri 148 nəfər (0,5%) azalıb. İlin əvvəlində bank işçilərinin sayı 27 min 389 nəfər idi.
Ötən ilin mart ayının sonu ilə müqayisədə bank işçilərinin sayı 1 486 nəfər (5,8%) artıb.














