Azərbaycanda bankda kariyera qurmaq istəyən və attestasiya hazırlaşan şəxslərə mühüm xəbər var.
FED.az xəbər verir ki, Azərbaycanda İLK dəfə olaraq bank işinə aid demək olar ki, bütün sahələri əhatə edən Bank işinə dair Testlər Toplusu hazırlanıb.
Eləcə də bax: Azərbaycan banklarının rəhbərliyində - KİMLƏR XARİCDƏ TƏHSİL ALIB? - SİYAHI
Testlər toplusunun müəllifi bank inzibatçısı Ramal Əhmədovdur.
R.Əhmədov, FED.az-a bildirib ki, test suallarının hazırlanmasında əsas məqsəd qısa zamanda bank işinə aid lazımi qanunvericilik aktlarının xatırlaması və biliklərinizin yoxlamasına yardımçı olmaqdır.
Eləcə də bax: Bank ixtisar etdiyi işçilərini – BAŞQA BANKLARA TƏKLİF EDİR - YENİLİK
Testlərin tərtibatında doğru cavabı deyil, yalnış cavabı tapmaq tələb olunur.
Cavab kartında düzgün cavab, istinad olunan qanun və maddəsi həmçinin mənbəyə birbaşa keçid mövcuddur ki, mübahisəli hesab etdiyiniz bəndlərə vaxt itirmədən nəzər yetirmək mümkün olsun.
İstinad mənbələrinin sonuncu yenilənmə tarixləri əlavə olaraq göstərilmişdir ki, qanunvericilikdə dəyişiklər olduqca testləri yeniləmək asan və davamlı olsun. Testlərin üç aydan bir dəyişikliklərə uyğun olaraq yenilənməsi nəzərdə tutulmuşdur.
Qeyd: Bu yazıdakı bütün fikirlər müəllifin şəxsi mülahizələri olub, işlədiyi təşkilata aid edilə bilməz. Tədris materialı qeyri-kommersiya məqsədi ilə hazırlanmışdır. Hal-hazırda internetdə bu qədər geniş mövzuları əhatə edən və yenilənmiş qanun və qaydalara istinad edən ödənişsiz, elektron testlər toplusu yoxdur.
Bank işinə dair Testlər Toplusu - TAM MƏTN