Azərbaycanda bankda girov olan ev və obyektlər satışa çıxarılıb.
FED.az xəbər verir ki, İran Milli Bankının Bakı filialı girov qismində ona qalan əmlakların satışını təşkil edir. Satışa yeni tikilən binadakı mənzillər və qeyri-yaşayış sahələri – obyektlər çıxarılıb.
Bütün əmlakların əksəriyyəti Bakının mərkəzində, Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsi, ev 42 və 44 ünvanında yerləşən yeni tikilmiş binada yerləşir. Bu bina 28 may metro stansiyası tərəfdə, Çay fabrikinin yaxınlığındadır. Satış qiyməti razılaşma yolu ilə müəyyən ediləcək.
Beləliklə, satışa 4 ədəd, hər biri 4 otaq olan mənzil çıxarılıb.
• 4 otaq • 105.4 m2 • 18/3 Mərtəbə
• 4 otaq • 172.1 m2 • 18/4 Mərtəbə
• 4 otaq • 172.2 m2 • 18/3 Mərtəbə
• 4 otaq • 164.5 m2 • 18/4 Mərtəbə
«Mənzillər, Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsi, ev 42 və 44 ünvanında yerləşən yeni tikilmiş binada yerləşir, nəğd və ya kredit yolu ilə satılır. Qeyd olunan yeni tikili 28 May metro stansiyası, Çay fabrikinin yaxınlığında yerləşir. Bina qaz,su,işıq və lift ilə təmin olunub. Mənzillər təmirsizdir. Hər bir mənzilin seyf qapısı, pvc pəncərə və balkonu vardır»-deyə Bankdan bildirilib. Yeri gəlmişkən, bank bu mənzilləri alan şəxslərə təmir üçün illik 15% olmaqla 50 min manat kredit verir.
Bankın satışa çıxardığı qeyri-yaşayış sahələri – obyektlər isə şəhərin müxtəlif yerlərindədir. Belə ki,
Birinci obyekt - Bakı şəhəri, Nizami rayonu Naxçıvanski küç 29 ünvanında yerləşən 48.2 kv.m qeyri-yaşayış sahəsidir.
İkinci obyekt - Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A ünvanında yerləşən “Babək Plaza”da C blokunda 3,4,5,6,7-ci mərtəbələrdə sahəsi 185.4 m2-dən 251.80 m2-dək olan yaxşı təmirli əmlaklardır. Ümumilikdə İran bankı «Babək Plazada» 15 ədəd obyekt satır, onların hamısının çıxarışı var.
Üçüncü obyekt - Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsi, ev 42 ünvanında yerləşən yeni tikilmiş binada 558.30 kv metr sahəsi olan qeyri-yaşayış sahəsi nəğd və ya kredit yolu ilə satılır. «28 may metro stansiyasının yaxınlığında yerləşən Çay fabrikinin yanında yerləşir. Qaz, su, işıq və 24 saatlıq mühafizə xidməti ilə təmin edilib. Obyekt bank, klinika, super market, ticarət mərkəzi, restoran üçün münasibdir»-deyə bankdan bildirilib .
Qeyd edək ki, mənzillərdə olduğu kimi, bu obyektlərin alan şəxslərə də bank təmir üçün illik 15% olmaqla 50 min manat kredit verməyə hazırdır.