Azərbaycanda bank filiallarının və işçilərininn sayı artıb.
FED.az xəbər verir ki, bu ilin yanvar-oktyabr dövrünə olan hesabata görə, ölkədə bank filiallarının sayı 515, işçilərinin sayı isə 19 108 nəfər olub. Həmçinin göstərilən müddətdə bank şöbələrinin sayı 130, bankomatlarının sayı isə 2612 ədəd olub.
Eləcə də bax:Oktyabr ayı üzrə bank sektorunun - İCMAL GÖSTƏRİCİLƏRİ AÇIQLANIB
Ötən ayla müqayisədə bank filiallarının sayı olduğu kimi 515 ədəd təşkil edib. Son bir illdə isə ölkədə bank filiallarının sayı 7 ədəd artıb. Belə ki, ötən ilin bu vaxtında ölkədə 508 bank filialı olub.
Son bir ayda bank şöbələrinin sayı 1 ədəd artıb. Lakin ötən ilin müvafiq dövrü ilə müqayisədə şöbələrin sayı 10 ədəd azalaraq 140-dan 130-a enib.
Bankomatların sayına gəlincə isə son bir ayda ölkədə olan bankomatların sayı 20 ədəd, son bir ildə isə 120 ədəd artaraq 2612 ədəd təşkil edib.
Bank işçilərinin sayı isə son bir ayda 197 nəfər, son bir ildə isə 1897 nəfər artıb.