Azərbaycanda bank filiallarının sayı artıb , şöbələri isə azalıb.
FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) istinadən xəbər verir ki, bu ilin yanvar – iyul aylarında Azərbaycanda fəaliyyət göstərən bank filiallarının sayı 514 olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 filial çoxdur.
Ötən ilin 7 ayı ilə müqayisədə ölkədə fəaliyyət göstərən bank şöbələrinin sayı 143 - dən 128 - ə enib. ATM-lərin sayı isə 2018-ci ilin 7 ayı ilə müqayisədə bu il 112 ədəd artaraq 2582 ədəd olub.