Bu il fevralın 1-nə olan vəziyyətə görə, Azərbaycanda bank filiallarının sayı 511 olub.
FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, bu il yanvarın 1-i ilə müqayisədə 2 vahid çoxdur.
Ötən ilin eyni dövrü ilə müqayisədə isə bank filiallarının sayı 58 vahid azalıb.
Bank şöbələrinin sayı isə yanvar ayı ərzində dəyişməyərək fevralın 1-nə 142 olaraq qalıb. Bununla belə, illik müqayisədə bu rəqəm 10 vahid çoxdur.