Hesabat ayında bank ATM-lərinin sayı 24 ədəd və ya 0,8% artaraq 3 042 ədəd təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Ötən ilin noyabrında bank ATM-lərinin sayı 2 975 ədəd olub ki, bu da illik müqayisədə 67 ədəd artım (2,3%) deməkdir.