Azərbaycanda balans kapitalı ən çox böyüyən bankların adları məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı bankların balans kapitalının dinamikası üzrə hazırladığı renkinqə istinadən xəbər verir ki, ən yüksək artım faiz ifadəsi ilə "Yelo Bank"da 11,1% olmaqla qeydə olunub. Məbləğ ifadəsi ilə bankın balans kapitalı 26,4 milyon manat həcmində artıb.
"Yelo Bank"dan sonra artıma görə ikinci yerdə 20,2% və ya 27,7milyon manat göstərici ilə "AccessBank" gəlir.
Balans kapitalını 16,6% və ya14 milyon manat artıran "Azər-Türk Bank" üçüncüdür.
"Bank BTB"nin kapitalı ötən ilin sonu ilə müqayisədə 11,1% və ya 1 milyard 5,3 milyon manat dəyərində artıb.
"Bank Respublika"nın balans kapitalında 9,7% və ya 15 milyon manat artım baş verib.
Siyahıda 6-cı yerdə 8,4 % (3,4 milyon manat) artımla "Bank Melli İran" Azərbaycan filialı yer alıb.
İlk onluqda digər 4 bank "Ziraat Bank Azərbaycan" (9,2 milyon manat və ya 7,8%), "Kapital Bank" (56,6 milyon manat və ya 6,2%), "Expressbank" (7,3 milyon manat və ya 5,7%) və "bank VTB Azərbaycan" (5 milyon 11 min manat və ya 5,5%) olub.