Azərbaycanda fəaliyyətini bir neçə ay əvvəl dayandırmış Pakistan Bankı - Pakistan Mərkəzi Bankının Bakı Filialı əmlaklarını satışa çıxarıb.
FED.az xəbər verir ki, bankın ləğvetməsi ilə məşğul olan ofisi bununla bağlı elan verib.
Satışa ümumilikdə 9 əmlak – banka məxsus olan 6 mənzil, 2 yaşayış fərdi ev və bir qeyri-yaşayış obyekti çıxarılıb.
Əmlakların 8-i Bakı şəhəriqdə, 1 mənzil isə Sumqayıtda yerləşhir.
Satışa çıxarılan fərdi evlər Nəsimi və Nərimanov rayonlarında, mənzillər isə Yasamal, Nizami, Xətai, Binəqədi və Sabunçu rayonlarında yerləşir.
Qeyri-yaşayış obyekti isə Nərimanov rayonunda Heydər Əliyev prospektində yerləşir.
Bank elanda satış şərtləri və qaydalarını da açıqlayıb:
1. Daşınmaz əmlaklar heç bir dəyişiklik edilmədən satışa təklif olunur.
2. Maraqlanan şəxslər (şirkətler/firmalar/fiziki şəxslər) 1-ci gündən 5-ci günə kimi saatları ərzində 09:00-dan 17:00-a kimi (012) 4643052-53 (Anar bay) telefon nömrəsi vasitəsilə əlaqə saxlayaraq əmlaka baxış keçirə bilərlər.
3. Tender təkliflərinin son taqdim olunma tarixi elan yerləşdirilən tarixdən bir ay müddətinə təyin olunur.
4. Tenderdə iştirak edən tərəflər möhürlənmiş tenderin təqdim edilməsi zamanı bank tərəfindən müəyyən edilmiş əsas vəsaitləri Pakistan Milli Bankının Bakı filialına yatırmalıdırlar.
5. Ədalətli rəqabətin aparılması üçün tender təkliflərinin məxfiliyinə riayət edilməlidir. Tender təklifləri möhürlənmiş zərfdə təqdim edilməli və şirkətin möhürü olmalıdır.
6. Bank daxil olunan təklifləri aldıqdan sonra, tenderin açıldığı tarixdən etibarən 30 gün arzində qalib iddiaçıya məlumat verəcəkdir.
7. Tərəflər bankın KYC/ Due Digence ile bağlı tələblərini tam şəkildə yerinə yetirməlidirlər, yəni tərəflər gələcəkdə hər hansı məhkəmə çəkişmələrinin qarşısını almaq üçün binanın satın alınması ilə bağlı təkliflərində öz resursları haqqında sertifikat verməlidirlər.
8. Tenderin qalibi elan edildikden sonra 7 iş günü arzində tender taklifi məbləğinin 50%-ni alavə olaraq, tenderin qalan məbləği isə onun qəbul edildiyi günden 30 gün ərzində depozita qoyulacaq.
9. Tenderin qalibi tenderdən geri çəkilməməsini təmin etmək üçün Pakistan Milli Bankının Bakı filialı ilə depozita qoyulmuş asas vəsaitlə bağlı əlavə müqavilə bağlayacaqdır.
10. Uğur qazanmayan iddiaçılara tender təkliflərinin qəbulu/rədd edilməsi prosesi başa çatdıqdan sonra və ya tender taklifinin təqdim olunduğu son tarixdan sonra 30 gün ərzində iş depozitlari geri qaytanlacaqdır.
11. Qalib iddiaçı Azarbaycan Respublikasının qanunvericiliyine uyğun olaraq Satış Vergisi, Qeydiyyat xərcləri va/və ya hər hansı digər tətbiq olunan rüsumlar/vergilar kimi bütün xərcləri öz üzərinə götürəcək.
12. Satış aktı NBP-nin Baş ofisinin Karaçi şəhəri, Pakistanın razılığı ilə Bakı filial tərəfindən tender taklifi tasdiq edildikdən sonra və bütün müvafiq yerli hüquqi rəsmiləşdirmələr yerinə yetirildikdən, qalan tenderin ödənilməsi şərtila tenderin qalibi va/va ya onun səlahiyyətli şəxsinin xeyrinə rəsmiləşdiriləcəkdir.
Məbləğ və bütün tətbiq olunan ödənişlər əmlakın mülkiyyətinin təhvil verilmə tarixi saatı alqı-satqı aktının rəsmiləşdirilməsi zamanı razılaşdırılacaq.
13. Bank istənilən vaxt heç bir səbəb göstərmədən hər hansı və/və ya bütün təklifləri radd etmək/ləğv etmək hüququnu özündə saxlayır.
14. Təklif olunan qiymət, əmanət pulunun depoziti, pasportun surati, VÕEN-in surəti, adı, ünvanı olan möhürlənmiş tender təklifləri aşağıdakı ünvanlardan har hansı birine göndərilməlidir.
Ünvan: Şeyx Ahtsham Əhməd - Pakistan Milli Bankı - Bakı filialı, Azərbaycan, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 9A E-poçt: sheikh.ahtsham @ nbp-baku.az