Bir qədər əvvəl bank lisenziyası geri alınmış Pakistan Milli Bankının Bakı filialının ləğvedicisi Şeyx Ahtsham Ahmed bankır kreditorlarına müraciət edib.
Eləcə də bax: Pakistan Milli Bankının Bakı Filialı 60 gün müddətində tələbləri - QEYDƏ ALACAQ
FED.az xəbər verir ki, müraciətdə deyilir:
«Pakistan Milli Bankının Baş ofisinin Karaçi şəhərində yerləşən səlahiyyətli orqanı tərəfindən Pakistan Milli Bankının Azərbaycanın Bakı şəhərində filialının könüllü ləğv edilməsi barədə müraciəti nəzərə alınmaqla, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 11 oktyabr 2022-ci il tarixli qərarı ilə Pakistan Milli Bankının Bakı filialına verilmiş 30 iyun 2005-ci il tarixli 248 nömrəli bank lisenziyası ləğv edilmişdir.
Pakistan Milli Bankının Bakı filialının kreditorlarından xahiş edilir ki, 40 (qırx) təqvim günü müddətində tələblərinin qeydə alınması üçün filialın yerləşdiyi AZ1025, Bakı şəhəri, 8 Noyabr prospekti, 9A ünvanına (iş günləri saat 10:00-dan 17:00-a kimi) müraciət etsinlər».